Davudoğlunun deputatları hansı partiyaya keçir?

30.07.2026

Icma.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Türkiyənin keçmiş baş naziri Əhməd Davudoğlunun rəhbərlik etdiyi Gələcək Partiyası siyasi fəaliyyətini dayandırıb. 

“Cebheinfo.az” haberler.com-a istinadən xəbər verir ki, qərardan sonra partiyanın Türkiyə Böyük Millət Məclisindəki (TBMM) dörd deputatının hansı yolu seçəcəyi dəqiqləşib.

“Yeni Yol” Qrupunun sədr müavini Səlcuq Özdağ deputatların İYİ Partiyaya və ya Yeni Partiyaya keçəcəyi barədə yayılan iddiaları təkzib edib.

O bildirib ki, dörd deputat “Yeni Yol” Qrupunun tərkibində fəaliyyətini davam etdirəcək, lakin heç bir siyasi partiyaya qoşulmayacaq və müstəqil deputat kimi çalışacaq.

Əhməd Davudoğlu sosial şəbəkə hesabında yaydığı açıqlamada Gələcək Partiyasının siyasi fəaliyyətini dayandırmaq qərarı verdiklərini bildirib.

O qeyd edib ki, ölkədə siyasi sistem, xüsusilə də partiya siyasəti ciddi çıxılmaz vəziyyətə düşüb. 

Davudoğlunun sözlərinə görə, partiyanın səlahiyyətli orqanları və silahdaşları ilə aparılan məsləhətləşmələrdən sonra “çirklənmiş siyasi mühitin bir hissəsi olmamaq” məqsədilə partiya siyasətindən çəkilmək və Gələcək Partiyasının fəaliyyətini dayandırmaq qərarı qəbul edilib.

Bu açıqlamadan sonra partiyanın TBMM-dəki deputatlarının gələcək fəaliyyəti maraq doğurub.Səlcuq Özdağ bildirib ki, Gələcək Partiyasını təmsil edən dörd deputat “Yeni Yol” Qrupu çərçivəsində fəaliyyətini davam etdirəcək.

O, deputatların hər hansı siyasi partiyaya qoşulmayacağını və müstəqil deputat statusunda işləyəcəyini vurğulayıb.

Hazırda Səadət Partiyası, DEVA Partiyası və Gələcək Partiyasının deputatlarından ibarət olan “Yeni Yol” Qrupu TBMM-də fəaliyyətini davam etdirir. Gələcək Partiyasından seçilən dörd deputat da bu qrupun tərkibində işini davam etdirəcək.

Qeyd edək ki, müstəqil deputat kimi fəaliyyət göstərəcək şəxslər bunlardır:

* Sema Silkin Ün (Dənizli)
* Səlcuq Özdağ (Muğla)
* Kani Torun (Bursa)
* Mustafa Bilici (İzmir).

Aişə Abdulova
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью