Daxili işlər naziri Astarada vətəndaşların müraciətlərini dinləyəcək

04.07.2025

Icma.az bildirir, Avtosfer saytına əsaslanaraq.

Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov iyulun 30-da Astara Rayon Polis Şöbəsinin inzibati binasında Astara, Yardımlı, Lerik, Masallı və Lənkəran şəhər və rayonlarının sakinlərinin müraciətlərini dinləyəcək.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə, vətəndaşlar nazirliyin səlahiyyətlərinə aid məsələlərlə bağlı iyulun 29-dək yaşadıqları ərazinin polis orqanına, habelə DİN-in mia.gov.az internet saytı vasitəsilə və sosial şəbəkələrdəki səhifələrinə müraciət edə bilərlər.

Müraciət etməyə gələnlərdən şəxsiyyət vəsiqəsi tələb olunur.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью