Daxili işlər naziri Qəbələdə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib

02.02.2026

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakı, 2 fevral, AZƏRTAC

Prezident İlham Əliyevin tapşırığına və bölgələr üzrə vətəndaş qəbulu cədvəlinə uyğun olaraq daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov fevralın 1–2-də Qəbələ rayonunda vətəndaşların müraciətlərini dinləyib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, nazir əvvəlcə Qəbələ rayonunda Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələri qoyub, xatirəsini dərin hörmət və ehtiramla yad edib.

Sonra Polis Şöbəsinin inzibati binasında Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala və Balakən rayonlarından, eləcə də digər bölgələrdən qəbula gələn 314 nəfər vətəndaşın müxtəlif məsələlərlə bağlı müraciətləri dinlənilib.

Vətəndaşların müraciətlərinin operativ və qanunvericiliyin tələblərinə uyğun həlli, habelə vətəndaş məmnunluğunun təmin olunması məqsədilə nazirliyin aidiyyəti baş idarə və idarə rəislərinə müvafiq tapşırıqlar verilib.

Müraciətlərin böyük əksəriyyəti yerindəcə həll olunub, digərləri nəzarətə götürülüb.

Səfər çərçivəsində general-polkovnik Vilayət Eyvazov polis və daxili qoşunlarda xidmət etmək arzusunda olan gənclərin sıra baxışını da keçirib.

Sıra baxışında xidmətə qəbulun şərtlərinə uyğun gələn 206 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb. Onlardan 17 nəfəri Vətən müharibəsi iştirakçısıdır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью