Daxili İşlər nazirinə içinə güllələr qoyulmuş məktub göndərildi

29.08.2025

Lent az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Serbiya hökumət binasında Daxili İşlər naziri İvitsa Daçiç üçün göndərilmiş içində güllələr olan bir zərf aşkar edilib.

Lent.az xarici mediaya istinadla bildirir ki, göndəriş “Serbiya Poçtu”nun Pozarevats şəhərindəki şöbəsindən yollanıb.

“Polis həmin göndərişi təhvil verən şəxsi müəyyən edib və aşkarlayıb, hadisənin bütün halları ilə bağlı araşdırma davam edir”, — deyə bəyanatda bildirilir.

Göndərənin kimliyi açıqlanmayıb. Nazirə qarşı təhdid Serbiyada kəskinləşən siyasi böhran fonunda baş verib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью