Daxili işlər nazirinin vətəndaşlarla görüşünün tarixi dəyişib

25.04.2025

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 25 aprel, AZƏRTAC

Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov tərəfindən aprelin 30-da Tovuz Rayon Polis Şöbəsinin inzibati binasında Tovuz, Şəmkir, Gədəbəy, Daşkəsən, Qazax və Ağstafa sakinləri ilə keçirilməsi nəzərdə tutulan vətəndaş qəbulunun tarixi aprel ayının 28-nə dəyişdirilib.

Bu barədə AZƏRTAC-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью