Daxili İşlər Nazirliyi məlumat yaydı: 69 nəfər saxlanılıb

26.05.2025

Icma.az, Dogru.az portalına istinadən məlumatı açıqlayır.

Mayın 24-ü və 25-də ölkə ərazisində ümumilikdə 76 cinayət faktı qeydə alınıb. Əvvəlki dövrlərdən bağlı qalan 3 cinayətin də açılması polis əməkdaşları tərəfindən təmin olunub.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti Doğru.az-a məlumat verib.

Məlumata əsasən, axtarışda olan ümumilikdə 63 nəfər, o cümlədən borclu şəxs qismində axtarılan 35 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı 36, qanunsuz saxlanılan silah-sursatla bağlı isə 11 fakt aşkar edilərək araşdırılır.

Cinayət törətməkdə şübhəli bilinən 69 nəfər hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

DOĞRU.AZ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью