Daxili İşlər Nazirliyinə yeni vəzifə verildi

09.09.2026

Icma.az bildirir, Axar.az portalına istinadən.

Daxili İşlər Nazirliyinin yeni vəzifəsi müəyyənləşib.

Axar.az xəbər verir ki, Nazirlər Kabineti bununla bağlı “Azərbaycan Respublikası Maliyyə Monitorinqi Xidmətinin “Şübhəli əməliyyatların monitorinqi” informasiya sisteminə inteqrasiya edilən informasiya sistemlərindən (ehtiyatlarından) əldə olunan məlumatların dairəsinin müəyyən edilməsi haqqında” qərarında dəyişiklik edib.

Qərara əsasən, Daxili İşlər Nazirliyi Maliyyə Monitorinqi Xidmətinin elektron qaydada sorğu əsasında mopedlər barədə məlumatları (nəqliyyat vasitəsinin növü, markası, modeli, tipi, dövlət qeydiyyat nömrəsi, sahibinin soyadı, adı, atasının adı və şəxsiyyətini təsdiq edən sənədin seriyası, nömrəsi və FİN-i) təxirə salınmadan almasını təmin etməlidir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью