Daxili İşlər Nazirliyinin rəhbərliyi Heydər Əliyevin məzarını ziyarət edib

12.12.2024

Report.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Daxili İşlər Nazirliyinin rəhbərliyi 12 dekabr - Ümummilli Lider Heydər Əliyevin anım günü münasibətilə Ulu Öndərin məzarını ziyarət ediblər.

“Report”un məlumatına görə, daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun rəhbərliyi ilə nazirliyin əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları Fəxri xiyabana gedərək Ulu Öndərin məzarının önünə gül dəstələri qoyub, əziz xatirəsini böyük ehtiramla anıblar.

Bizim WhatsApp kanalımıza abunə olun

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью