Icma.az bildirir, Gununsesi portalına istinadən.
Bir sıra polis idarələrinin rəisləri və rəhbər vəzifəli şəxslərin iş yerləri dəyişdirilib.
Bu barədə Gununsesi.info-nun əldə etdiyi məlumatda bildirilir.
Məlumata görə, Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov imzaladığı müvafiq əmrlə Sumqayıt Şəhər Polis İdarəsinin rəisi Fəqan Azadəliyev Bakı baş Dövlət Yol Polisi İdarəsinə rəis təyin edilib.
Nəsimi Rayon Polis İdarəsinin rəisi, polis polkovniki Vüqar Ağayev Sumqayıt Şəhər Polis İdarəsinin rəisi, Binəqədi Rayon Polis İdarəsinin rəisi İlqar Məmmədov isə Nəsimi Rayon Polis İdarəsinin rəisi vəzifəsinə gətirilib.
Bakı baş Dövlət Yol Polisi İdarəsinin rəisi Rəşid Piriyev Bakı Şəhər Baş Polis İdarəsi rəisinin müavini təyin edilib.
Əkbər İsmayılovun müavini polis polkovniki Eldəniz Məmmədov Hava Nəqliyyatında Polis İdarəsinin rəisi vəzifəsinə təyin edilib. Həmin idarənin Şahin adlı rəisi (soyadını dəqiqləşdirə bilmədik – red.) isə Baş Mühafizə Polis İdarəsi rəisinin müavini vəzifəsinə keçirilib.
Şəbnəm Rəhimova