Daxili işlərimizə qarışmaq əvəzinə öz problemlərinizlə məşğul olun ETN

26.10.2026

Modern.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycanın Elm və Təhsil Nazirliyi İranın elm, tədqiqat və texnologiya naziri Hüseyn Simayi-Sərrafın ölkəmizdə təhsil məsələləri ilə bağlı açıqlamasına münasibət bildirib.

Modern.az xəbər verir ki, nazirlik İran rəsmisinin fikirlərinin təəccüb və təəssüf doğurduğunu bəyan edib.

“Bu, tamamilə yersiz açıqlama olaraq Azərbaycanın daxili işlərinə müdaxilə cəhdindən başqa bir şey deyildir. Heç kimə ölkəmizin daxili işlərinə, o cümlədən təhsil siyasətinə müdaxilə etməyə icazə verilmir və bu kimi müdaxilə cəhdlərinin qarşısı qətiyyətlə alınır”, – açıqlamada vurğulanıb.

Nazirlik İran rəsmilərinə başqa ölkələrin daxili işlərinə müdaxilə etmək əvəzinə öz ölkələrinin problemləri ilə məşğul olmağı tövsiyə edib.

Bəyanatda qeyd olunub ki, İranın həyata keçirdiyi siyasət nəticəsində bu ölkədə Azərbaycan dilində tədris aparılan bir məktəb belə yoxdur, ali təhsil müəssisələrində də Azərbaycan dilində tədris həyata keçirilmir.

Nazirliyin açıqlamasında İran əhalisinin təxminən 40 milyonunu köklü etnik azərbaycanlıların təşkil etdiyi və onların onilliklərdir ana dilində təhsil almaq hüququndan məhrum edildiyi bildirilib.

“İranın elm, tədqiqat və texnologiya naziri və bu mövzuda İranda çıxış edən digər şəxslər yaxşı olardı ki, Azərbaycanın daxili işlərinə müdaxilə etmək əvəzinə məhz bu məsələlərlə məşğul olsunlar və onilliklərdir davam edən bu misli görünməmiş ədalətsizliyin aradan qaldırılması üçün tədbirlər görsünlər”, – deyə bəyanatda qeyd edilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью