Daxili Qoşunların Naxçıvanda yerləşən hərbi birləşməsində qışa hazırlıq vəziyyəti yoxlanılıb AZƏRTAC

09.12.2024

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Naxçıvan, 9 dekabr, AZƏRTAC

Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən Daxili Qoşunların Naxçıvanda yerləşən hərbi birləşməsində minik avtomobillərinin qış istismar dövrünə hazırlığı yoxlanılıb.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, yoxlama zamanı avtomobillərin şinlərinin, əyləc sisteminin, elektirik sisteminin və digər hissələrin sazlığı yoxlanılıb, eləcə də avtomobildə olan tibb qutusunun içindəki ləvazimatlar yanğınsöndürmə balonu və digər avadanlıqlara baxış keçirilib.

Avtomobillərin və digər avadanlıqların texniki vəziyyətinin yoxlanılması, ehtiyac olarsa təmir işləri aparılması ekstremal şəraitdə effektivliyin qorunmasına, hərbi tapşırıqların vaxtında və uğurla yerinə yetirilməsinə zəmanət verir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью