Daxili Qoşunların Xüsusi Təyinatlıları LaçınXankəndi yolunda FOTOLAR Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı

04.11.2024

Azxeber.com saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Xəbər verdiyimiz kimi, artıq 8-cı gündür ki, Şuşadan keçən Laçın-Xankəndi yolunda qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri və ekoloqlar Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə etiraz aksiyası keçirirlər.

AZXEBER.COM-un hadisə yerinə ezam olunmuş əməkdaşı xəbər verir ki, Daxili Qoşunların Xüsusi Təyinatlıları aksiya keçirilən ərazinin təhlükəsizliyini təmin edir. Daxili Qoşunların Xüsusi Təyinatlıları ərazidə günün 24 saatı xidmət göstərir.

Aktivistlərin təhlükəsizliyini qoruyan Daxili Qoşunların Xüsusi Təyinatlıları müəyyən saatlarda bir-birlərini əvəzləyirlər.

AZXEBER.COM aksiyada təhlükəsizliyi təmin edən xüsusi təyinatlıların fotolarını lentə alıb.

Həmin görüntüləri təqdim edirik:

Rüfət Hüseynov
















Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью