Icma.az, Avtosfer portalına istinadən məlumat verir. Paytaxtın Sabunçu rayonu, Zabrat qəsəbəsində qayda pozan sürücü görüntülənib.
Xoşagəlməz mənzərəylə bağlı izləyicilərdən biri Avtosfer.az-ın “Whatsapp” ünvanına fotoşəkil göndərib.
Belə ki, 77-NV-176 dövlət nömrə nişanlı,“Hyundai” markalı avtomobilin sürücüsü nəqliyyat vasitəsini dayanacaqda park edib.
Şikayətçinin iddiasına görə, sözügedən sürücü dəqiqələrlə dayanacağı zəbt edib və özü sükan arxasında olmayıb.
Nəticədə avtobus sürücüləri dayanacaqdan kənarda saxlayaraq sərnişin mindirib-düşürməli olublar.
Nərmin Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.