Dayanacağı zəbt edən sürücülər avtobusların hərəkətini iflic etdi[ /b] VİDEO

01.06.2026

Icma.az bildirir, Avtosfer portalına istinadən.

Paytaxtın Hava limanı yolunda qayda pozuntusu qeydə alınıb.

Avtosfer.az-ın məlumatına görə, hadisə mayın 28-də saat 14:16 radələrində baş verib. Görüntülərdə 99-QX-632 dövlət qeydiyyat nişanlı “Changan” və 99-NS-572 nömrəli “Opel” markalı avtomobillərin sürücülərinin avtobus dayanacağında sərnişin götürmək məqsədilə dayandığı müşahidə olunur.

Nəticədə ərazidən keçən avtobusların dayanacağa daxil olması çətinləşib. Kadrlarda hətta bir avtobus sürücüsünün geriyə hərəkət edərək manevr etməyə məcbur qaldığı, bunun isə arxadan gələn nəqliyyat axınının da ləngiməsinə səbəb olduğu görünür.

Qeyd edək ki, qüvvədə olan yol hərəkəti qaydalarına əsasən, bütöv xəttlə ayrılmış zolaqlarda manevr etmək qadağandır. Eyni zamanda minik avtomobillərinin avtobus dayanacağından ən az 15 metr əvvəl və ya sonra dayanması tələb olunur. Bu tələblərin pozulması inzibati məsuliyyət yaradır.

Nərmin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью