Avtosfer saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Gəncə şəhərində ölüm hadisəsi qeydə alınıb.
Avtosfer.az-ın məlumatına görə, olay aprelin 20-də səhər saatlarında Şah İsmayıl Xətai prospektində baş verib. Belə ki, dayanacaqda avtobus gözləyən orta yaşlı kişinin qəfil halı pisləşib və o, yerə yıxılıb. Hadisə yerində olan vətəndaşlar ilkin yardım göstərməyə çalışıblar.
Əraziyə cəlb olunan təcili tibbi yardım briqadasının müdaxiləsinə baxmayaraq, kişinin həyatını xilas etmək mümkün olmayıb.
İlkin məlumata görə, mərhumun yüksək təzyiqdən əziyyət çəkdiyi bildirilir.
Faktla bağlı Gəncə şəhər prokurorluğunda araşdırma aparılır.
Nərmin