Dayanacaqda lüt qaçan kişi saxlanıldı

14.07.2026

Bakupost portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.


Rusiyanın Sankt-Peterburq şəhərində polis avtomobil dayanacağında çılpaq halda qaçan və təcili yardım maşınına minməyə cəhd edən kişini saxlayıb.

"Bakupost" News24.az-a istinadla xəbər verir ki, hadisə şəhərin Krasnoqvardeyski rayonunun Energetikov prospektində baş verib.

Tamamilə çılpaq olan kişi park edilmiş avtomobillərin arasında qaçaraq rəqs edib və maşınların üstünə yıxılıb.

Hadisə yerinə təcili tibbi yardım briqadası gəldikdə, o, sürücü qapısını açmağa cəhd göstərib.

İlkin ehtimala görə, həmin şəxs narkotik maddənin təsiri altında olub.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью