Metbuat saytından alınan məlumata görə, Icma.az bildirir.
Atatürk parkının qarşısında yerləşən qapalı avtobus dayanacağında kondisionerlər işlək vəziyyətdə deyil. Daha dəqiq desək, cihazlara gedən elektrik kabelləri belə kəsilib. Vətəndaşlar bildirirlər ki, həmin kondisioner qış aylarında fəaliyyət göstərirmiş.
Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucov Metbuat.az-ın sorğusuna cavab olaraq bildirib ki, smart dayanacaqlarla bağlı monitorinq aparılır.
“Bütün nöqsan və çatışmazlıqlar aradan qaldırılır. Qeyd edilən ünvanda da nasazlıq aradan qaldırılıb”, - deyə T.Orucov qeyd edib.
Sevinc İbrahimzadə / Metbuat.az