Olke.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Ölkə.az-ın sosial şəbəkələrdə yayılan görüntülərə istinadən məlumatına görə, avtobus dayanacağında marşrut gözləyən kişi qəfil halı pisləşərək yerə yıxılıb.
Həmin vaxt ərazidən keçən həkim Nicat Cahangirli ona ilkin tibbi yardım göstərib və ürək masajı edib.
İlkin məlumata görə, həkimin vaxtında müdaxiləsi kişinin həyatının xilas olunmasına kömək edib.
Bəzən bir neçə saniyəlik müdaxilə bir insanın həyatını dəyişir.