Dayanmadan 1 həftə rəqs

29.09.2026

Icma.az, 525.az portalına istinadən məlumat yayır.

Nigeriyalı rəqqas Benjamin Deniel nə az, nə çox, düz 1 həftə rəqs etməyi hədəfləyib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, bununla o, Ginnesin rekordlar kitabına düşmək istəyir.

Bunun üçün ötən çərşənbə axşamı rəqsə başlayan 33 yaşlı Benjamin sabah səhərə kimi rəqs etməlidir. Daha çox milli rəqslərə üstünlük verən nigeriyalı Ben Dancer ləqəbli peşəkar rəqqas geridə qalan günlərdə yüzlərlə həmyerlisi tərəfindən dəstək alıb. 

Qeyd edək ki, bundan əvvəlki rekord hindistanlı Sruşti Sudhir Caqtapa məxsusdur. Sruşti 3 il əvvəl 16 yaşı olarkən dayanmadan 127 saat rəqs edib. Nigeriyalı rəqqasın hədəfi isə 168 saatdır.

L Tağıyeva

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью