Dayanmadurma qaydasını ikiqat pozan sürücü hərəkətə mane oldu VİDEO

09.12.2024

Icma.az, Avtosfer portalına istinadən məlumat verir.

Bakıda dayanma-durma qaydasını pozan sürücü hərəkətə mane olub. Avtosfer.az xəbər verir ki, hadisə noyabrın 24-də, paytaxtın Neftçilər prospektində baş verib.

Belə ki, 77-MS-246 qeydiyyat nişanlı "Ravon" markalı avtomobilin sürücüsü dayanma-durma qadağan edilən yerdə avtomobili ikinci cərgədə park edib. Birinci zolaqda dayanmanın qadağan olunmasına baxmayaraq, sürücü boş yerdə deyil, yolun hərəkət olan hissəsində dayanaraq digər avtomobillərə təhlükə yaradıb.

Qeydə alınmış videodan da aydın şəkildə görünür ki, həmin avtomobilə görə, sürücülər istiqamətlərini dəyişərək sol zolağa keçiblər.

Fərid

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью