Dayısını bıçaqlayıb öldürdü

20.08.2025

Bakupost saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.


Bakıda 60 yaşlı kişi qətlə yetirilib, bacısı oğlu şübhəli qismində saxlanılıb.


Bakupost.az xəbər verir ki, hadisə avqustun 19-da Xətai rayonunda qeydə alınıb.

Bildirilib ki, 1965-ci il təvəllüdlü Firdovsi Həsənovun kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub. Polis əməkdaşlarının keçirdiyi tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən bacısı oğlu, əvvəllər qəsdən sağlamlığa ağır zərər vurma və narkotiklə əlaqəli cinayətlərə görə məhkum olunmuş 1993-cü il təvəllüdlü Rəhim Qasımov saxlanılaraq istintaqa təhvil verilib.

Araşdırma aparılır.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью