Milli.az saytına istinadən Icma.az xəbər verir. Naxçıvanda dayısının qatilini qətlə yetirməkdə təqsirləndirilən Bəxtiyar Rəsulovun cinayət i
Milli.Az report.az-a istinadla xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Heydərovun sədrliyi i
Qeyd edək ki, hadisə bu il Ordubadın Unus kəndində qeydə alınıb.
İttihama görə, 1974-cü il təvəllüdlü Tağıyev İbrahim Əsədulla oğlu bıçaq xəsarəti ilə qətlə yetirilib.
Onun qətlində həmkəndlisi, 1976-cı il təvəllüdlü Rəsulov Bəxtiyar Sərdar oğlu təqsirli bilinib.
Məhkəmə istintaqı zamanı məlum olub ki, mərhum İbrahim Tağıyev 1995-ci ildə Bəxtiyar Rəsulovun dayısını münaqişə zəmnində qətlə yetirib.
İbrahim Tağıyev azadlığa çıxdıqdan sonra Türkiyəyə köçüb, uzun müddət orada yaşayıb.
O, bu il kəndə qayıdanda təsadüfən Bəxtiyar Rəsulovla qarşılaşıb.