Icma.az, sport24.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Futbol üzrə 1990-cı il dünya çempionatının qalibi Almaniya prezidentliyi uğrunda mübarizəyə qoşulur. Sport24.az xəbər vrir ki, bu barədə "Bild" nəşri məlumat yayıb.
"Almaniya üçün Alternativ" (AfD) partiyası Tomas Bertoldun namizədliyini irəli sürür. O, bu gün səhər Berlində keçiriləcək və 30 siyasətçinin qapalı qatılacağı qapalı iclasda ictimaiyyətə təqdim olunacaq.
Ekspertlər "Roma" və "Bavariya"nın keçmiş müdafiəçisinin qalib gəlmək şansını çox aşağı dəyərləndirir. Belə ki, CDU/CSU bloku Bavariya Əyalət Parlamentinin sədri İlze Ayqneri özünün vahid namizədi kimi irəli sürüb. Bu namizəd həmçinin Almaniya Sosial Demokrat Partiyası (SPD) və "Yaşıllar" partiyası tərəfindən də dəstəklənir.
Qeyd edək ki, hazırkı Federal Prezident Frank-Valter Ştaynmayerin xələfi yanvarın 30-da seçiləcək.