DÇ 2026: 20 İLLİK HƏSRƏT BAŞA ÇATDI

12.06.2026

Apasport portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Çexiya millisi dünya çempionatında 20 illik həsrətə son qoyub.

Apasport.az xəbər verir ki, Avropa təmsilçisi DÇ-2026-nın A qrupunda Cənubi Koreyaya 1:2 hesabı ilə uduzub.

Buna baxmayaraq, Çexiya yığması üçün matç əlamətdar olub. Görüşün 59-cu dəqiqəsində Ladislav Kreyçi başla fərqlənərək komandasının dünya çempionatlarında 20 ildən sonra ilk qolunu vurub.

Çexiya sonuncu dəfə 2006-cı il iyunun 12-də mundialda qol sevinci yaşamışdı. Həmin vaxt komanda qrup mərhələsində ABŞ-ni 3:0 hesabı ilə məğlub etmişdi. Qolları Yan Koller və dubl edən Tomaş Rositski vurmuşdu.

Qeyd edək ki, DÇ-2026 ABŞ, Kanada və Meksikada keçirilir. Çexiya millisi növbəti oyununu iyunun 18-də Cənubi Afrika Respublikasına qarşı keçirəcək.

DÇ-2026: Cənubi Koreyadan geridönüş - YENİLƏNİB DÇ: 104 oyunun hamısı canlı yayımlanacaq - 92-si İTV-də, 12-si CBC Sport-da İnfantino ABŞ-la bağlı peşman deyil: “Problemlərlə məşğul olmağa öyrəşmişəm” Lionel Skaloni: "Futbolçular elə qaçırlar, sanki sabah yoxdur" DÇ-26: Hansı oyun, saat neçədə, hansı kanalda?
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью