Icma.az xəbər verir, futbolpress-az saytına əsaslanaraq.
ABŞ, Kanada və Meksikanın ev sahibliyi edəcəyi dünya çempionatının startına iki gün qalıb.
Futbolpress.az xəbər verir ki, mundialda iştirak edəcək 48 komandanın 28-ni əcnəbi məşqçilər çalışdırır. 20 kollektiv isə öz ölkəsinin mütəxəssisinə etimad göstərib.
Dünya çempionatında əncəbi məşqçiləri olan komandalar:
Panama, Cənubi Afrika, Avstriya, Kolumbiya, Konqo, Portuqaliya, Uruqvay, Yeni Zelandiya, Türkiyə, Əlcəzair, Haiti, Kanada, İordaniya, Ekvador, Paraqvay, ABŞ, İngiltərə, Belçika, Qətər, İraq, Braziliya, Özbəkistan, Tunis, Mərakeş, Qana, Səudiyyə Ərəbistanı, Kürasao.
Yerli məşqçiləri olanlar:
Fransa, Xorvatiya, Yaponiya, Argentina, Şotlandiya, Kabo Verde, Norveç, İsveçrə, Niderland, İspaniya, İran, Almaniya, Misir, Fil Dişi Sahili, Bosniya və Herseqovina, Cənubi Koreya, Meksika, Avstraliya, Seneqal, Çexiya.
Dünya çempionatında argentinalı məşqçilər üstünlük təşkil edir. Altı “tanqoçu” mundialda komandalarına rəhbərlik edəcək: Nestor Lorenso (Kolumbiya), Lionel Skaloni (Argentina), Marselo Byelsa (Uruqvay), Sebatyan Bekkakeke (Ekvador), Qustavo Alfaro (Paraqvay), Maurisio Poçettino (ABŞ).
Mundialın ən gənc məşqçisi Yulian Naqelsmanndır. Almaniyaya rəhbərlik edən mütəxəssisin 38 yaşı var. Ən yaşlısı isə Kürasaonu çalışdıran Dik Advokatdır – 78 yaş.
Dünya çempionatına 11 iyunda start veriləcək.