DÇ 2026: Açılış matçı: Meksika qələbə qazandı YENİLƏNİB

12.06.2026

Icma.az, Apasport portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bu gün futbol üzrə DÇ-2026-ya start verilib. 

Apasport.az xəbər verir ki, ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi mundialın açılış oyunu Meksikada keçirilib. 

Turnirin ilk qarşılaşmasında ev sahibi Meksika A qrupunda Cənubi Afrika Respublikası ilə üz-üzə gəlib.
“Azteka” stadionunda baş tutan görüşdə azarkeşlər 2 qola şahidlik ediblər.

Meydan sahibləri açılış matçında qələbə qazanaraq 3 xala sahib çıxıblar: 2:0


DÇ-2026
A qrupu
11 iyun
23:00. Meksika – Cənubi Afrika Respublikası 2:0

Qol: X. Kinyones, 9, R. Ximenez

​​​​​Qırmızı vərəqə: S. Sitole, 49, Zvane, 84, Montes, 92

Meksika: Raul Rangel, Xesus Qalyardo, Yohan Vaskes, Sezar Montes, İsrael Reyes, Brian Qutyerres, Erik Lira, Alvaro Fidalqo, Xulian Kinyones, Roberto Alvarado, Raul Ximenes.


Cənubi Afrika Respublikası: Ronven Uilyams, Xuliso Mudau, İme Okon, Mbekezeli Mbokazi, Obri Modiba, Teboho Mokoena, Sfefelo Sitole, Talente Mbata, Tsepanq Moremi, Layl Foster, Osvin Appollis.

"Barsa" istədi, KLUBU SATMADI Bernardo Silva “Real Madrid”də - SON DƏQİQƏ Argentina millisində dəyişiklik: Balerdi heyətdən çıxarıldı Rəsmi: Joze Mourinyo “Real Madrid”ə qayıtdı "Siti"də Qrilişin "qələmi qırıldı": GERİ İSTƏMİRLƏR
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью