DÇ 2026: Almaniyaya şok Paraqvay 1/8 də! YENİLƏNİB

30.06.2026

Apasport saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

2026-cı il dünya çempionatında 1/16 final mərhələsinin növbəti oyunu keçirilib.

Apasport.az xəbər verir ki, pley-off mərhələsində Almaniya və Paraqvay milliləri üz-üzə gəlib.

Görüş Bakı vaxtı ilə saat 00:30-da başlayıb. 

Oyuna almanlar daha fəal başlasalar da hesabı Paraqvay millisi açıb. 42-ci dəqiqədə Xulio Ensiso başla dəqiq oynayıb: 1:0. İlk hissədə qapılara başqa qol vurulmayıb. 

İkinci hissənin əvvəllərində bundestim hesabı bərabərləşdirib. Bu dəfə Kay Haverts topu başla qapıdan keçirib: 1:1.

Oyunun əsas vaxtında qalib müəyyənləşməyib və matç əlavə vaxta gedib. 

Əlavə hissələrdə də hesab dəyişməyib və qalib penaltilər seriyasında bəlli olub. 

Penaltilər seriyasında Paraqvay daha dəqiq oynayıb və adını növbəti tura yazdırmağı bacarıb: 4:3.

Paraqvay 1/8 final mərhələsində Fransa-İsveç cütünün qalibiylə qarşılaşacaq. 

DÇ-2026
1/16 final
30 iyun
00:30. Almaniya – Paraqvay 1:1

Qol: X. Ensiso, 42, K. Haverts, 54

Almaniya: Noyer, Kimmix, Rüdiger, Ta, Braun, Nmeça, Pavloviç, Sane, Undav, Virts, Haverts

Paraqvay: Xil, Alonso, Kanale, Qomes, Kaseres, Kubas, Ensiso, Qalarsa, Bobadilla, Almiron, Avalos

DÇ-26: HANSI OYUN, SAAT NEÇƏDƏ, HANSI KANALDA? DÇ-2026: Kanada 1/8 finalda - YENİLƏNİB DÇ qrupları: Xal cədvəli - YENİLƏNİB DÇ-2026: Argentina, Avstriya və Əlcəzair 1/16 finalda - YENİLƏNİB DÇ-2026: Portuqaliya, Kolumbiya və DR Konqo 1/16 finalda - YENİLƏNİB
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью