DÇ 2026: Argentina Almaniyanın rekorduna çatdı

04.07.2026

Icma.az xəbər verir, Bakivaxti saytına əsaslanaraq.

Argentina millisi dünya çempionatları tarixində yeni göstəriciyə imza atıb.

Bakıvaxtı.az xəbər verir ki, komanda DÇ-2026-nın 1/16 final mərhələsində Kabo-Verdeni əlavə vaxtda məğlub etməklə mundiallar tarixində əlavə vaxta gedən oyunlarının sayını 12-yə çatdırıb.

Argentina bu nəticə ilə Almaniya millisinin rekorduna şərik olub. Almaniya da dünya çempionatlarında 12 dəfə əlavə vaxt oynayıb.

Qeyd edək ki, Almaniya millisinin mundiallarda sonuncu əlavə vaxt oyunu DÇ-2026-nın 1/16 finalında Paraqvaya qarşı olub. Həmin qarşılaşmada qalib penaltilər seriyasında müəyyənləşib və Almaniya turnirlə vidalaşıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью