Qol.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
2026-cı il dünya çempionatında iştirak edən milli komandalar arasında ən çox nifrət məzmunlu paylaşıma Argentina yığması məruz qalıb.
QOL.az “TyC Sports”a istinadən xəbər verir ki, araşdırma FİFA-nın Sosial Media Müdafiə Xidməti tərəfindən Ümumdünya Psixi Sağlamlıq Günü ərəfəsində aparılıb. Mütəxəssislər iyunun 9-dan iyulun 20-dək “X”, “Instagram”, “Facebook” və “TikTok” platformalarında yayımlanan 17,1 milyondan çox paylaşım və şərhi təhlil ediblər.
Reytinqdə Argentinadan sonra İngiltərə, İspaniya, Braziliya və Norveç milliləri qərarlaşıb. Beləliklə, araşdırma turnir ərzində sosial şəbəkələrdə argentinalı futbolçulara qarşı düşmən münasibət və təhqirlərlə bağlı narahatlıqları təsdiqləyib.
Argentina yığmasına qarşı hücumların əsas səbəblərindən biri hakimlərin bu komandaya guya üstünlük verməsi ilə bağlı iddialar olub. Paylaşımlarda ksenofobik ifadələrə də rast gəlinib.
FİFA bu araşdırma vasitəsilə futbol dünyasında onlayn təqib və nifrət məzmunlu paylaşımların miqyasını daha dəqiq qiymətləndirməyə çalışır.