DÇ 2026: Argentinadan yüz faizli nəticə

28.06.2026

Icma.az xəbər verir, sport24.az saytına əsaslanaraq.

Futbol üzrə dünya çempionatında J qrupunda üçüncü tura yekun vurulub. Sport24.az xəbər verir ki, Dallas şəhərində keçirilən oyunda İordaniya millisi Argentina ilə üz-üzə gəlib.

Qarşılaşmada ilk qol Cənubi Amerika təmsilçisindən gəlib. 19-cu dəqiqədə Covani Lo Çelso adını tabloya yazdırıb. 31-ci dəqiqədə Lautaro Martines penaltini dəqiq yetirməklə hesab arasında fərqi artırıb. İlk yarının əvvəlində, 55-ci dəqiqədə Musa al-Tamari buraxılan qollardan birinin əvəzini çıxıb - 1:2. 80-ci dəqiqədə isə mundialın bombardiri Lionel Messi səhnəyə çıxıb. Əvəzetmədən meydana daxil olan ulduz futbolçu komandasının 3-cü qolunun müəllifi olub.

Qeyd edək ki, Argentina 3 matçda 100 faizli nəticə göstərməklə qrupu zirvədə başa vurub və pley-offa vəsiqə qazanıb. Mundialı xalsız başa vuran İordaniya üçün isə böyük futbol bayramı başa çatıb.

DÇ-2026

J qrupu

İordaniya - Argentina 1:3 (0:2)

Qollar: Musa al-Tamari, 55 - Covani Lo Çelso, 19. Lautaro Martines, 31. Lionel Messi, 80

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью