DÇ 2026: Artıq dörd ölkənin millisi turnirlə vidalaşıb

23.06.2026

Cebheinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

İordaniya millisi də DÇ-2026 ilə vidalaşıb.

"Cebheinfo.az" xəbər verir ki, Əlcəzairə 1:2 hesabı ilə məğlub olan Asiya təmsilçisi qrupdan çıxmaq şansını rəsmən itirib.

Qeyd edək ki, İordaniya mundiala Avstriyaya 1:3 hesablı məğlubiyyətlə başlamışdı. Komanda J qrupundakı son oyununu Argentina millisinə qarşı keçirəcək.

Beləliklə, dünya çempionatında mübarizəni davam etdirə bilməyəcəyi dəqiqləşən komandaların sayı 4-ə yüksəlib.

Hazırda turnirlə vidalaşan yığmalar Haiti, Türkiyə, Tunis və İordaniya milliləridir.

Bu yığmaların qrup mərhələsinin üçüncü turundakı oyunları formal xarakter daşıyacaq.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью