DÇ 2026: Azərbaycan millisi doğma meydanında Ukrayna ilə qollu heç heçə edib

09.09.2025

Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələsində Bakıda keçirilən Azərbaycan – Ukrayna oyunu başa çatıb.

Komandalar Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən görüşü 1:1 hesablı heç-heçə ilə yekunlaşdırıblar.

Rəqibin heyətində 51-ci dəqiqədə Georgi Sudakov fərqlənib. Azərbaycan yığmasının qoluna isə 72-ci dəqiqədə kapitan Emin Mahmudov penaltidən imza atıb.

Qarşılaşmanı Yunanıstandan olan hakimlər briqadası idarə edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью