DÇ 2026 başlayır: ilk oyun və saatı KONKRET

11.06.2026

Konkret.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bu gün futbol üzrə DÇ-2026-ya start veriləcək.

KONKRET.az xəbər verir ki, ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi mundialın açılış oyunu Meksikada keçiriləcək.

Turnirin ilk qarşılaşmasında ev sahibi Meksika A qrupunda Cənubi Afrika Respublikası ilə üz-üzə gələcək.

“Asteka” stadionunda baş tutacaq matç Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

DÇ-2026 tarixdə ilk dəfə 48 komandanın iştirakı ilə keçiriləcək.

DÇ-2026
A qrupu
11 iyun
23:00. Meksika – Cənubi Afrika Respublikası

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью