DÇ 2026: Braziliya və Argentina məğlub oldu

10.09.2025

Icma.az bildirir, Bizim media saytına əsaslanaraq.

2026-cı il dünya çempionatının seçmə mərhələsinin Cənubi Amerika zonası üzrə növbəti oyunları keçirilib. Boliviya yığması Braziliyanı 1:0 hesabı ilə məğlub edib. 
Bizim.Media xəbər verir ki, qarşılaşmanın yeganə qolunu Boliviya millisinin yarımmüdafiəçisi Migel Terseros 45+4-cü dəqiqədə penaltidən vurub.
 

Braziliya, ümumilikdə 28 xal toplayaraq seçmə mərhələni 5-ci yerdə başa vuraraq birbaşa mundiala vəsiqə qazanıb. Boliviya isə 20 xalla 7-ci yeri tutaraq qitələrarası pley-off mərhələsində oynamaq şansı əldə edib.


Ekvador - Argentina qarşılaşması da 1:0 hesabı ilə başa çatıb. Bu qarşılaşmada da hesab penaltidən açılıb. Qolu 45+13-cü dəqiqədə Enner Valensiya vurub. Lionel Messi bu oyunda iştirak etməyib.
Ekvador növbəti matçını 11 oktyabrda ABŞ-a qarşı, Argentina isə həmin gün Venesuelaya qarşı keçirəcək.
Venesuela – Kolumbiya - 3:6
Çili – Uruqvay 0:0.
Peru – Paraqvay 0:1
Yekun Cədvəl (Cənubi Amerika seçmələri):
Argentina – 38 xal
Ekvador – 29 xal
Kolumbiya – 28 xal
Uruqvay – 28 xal
Braziliya – 28 xal
Paraqvay – 28 xal
Boliviya – 20 xal (pley-off şansı)
Venesuela – 18 xal
Peru – 12 xal

Çili – 11 xal.
Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью