DÇ 2026: Braziliya və İsveçrədən sülh , Şotlandiyadan qələbə

14.06.2026

Qaynarinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Futbol üzrə dünya çempionatı davam edir. Ötən gecə İsveçrə Qətərlə qarşılaşıb.

Qaynarinfo xəbər verir ki, "San Francisco Bay Area" stadionunda keçirilən B qrupunun matçında 1:1 hesablı heç-heçə qeydə alınıb.

Hesabı 17-ci dəqiqədə avropalılar açıblar. Brel Embolo penalti zərbəsini dəqiq yerinə yetirib. Qətər yalnız 90+4-cü dəqiqədə Bualem Kuxinin qolu ilə məğlubiyyətdən xilas olub.

Turnirin favoritlərindən olan Braziliya Mərakeşlə üz-üzə gəlib. Nyu-York/Nyu-Cersi stadionunda keçirilən C qrupunun matçında qalib müəyyənləşməyib - 1:1.

Afrikalıların heyətində 21-ci dəqiqədə İsmael Saibari fərqlənib. "Sambaçılar"ın bərabərlik qolunu isə 32-ci dəqiqədə Vinisius vurub.

Gecənin digər oyununda Şotlandiya Haiti millisinə qalib gəlib. 

Boston stadionunda keçirilən C qrupunun matçında avropalılar 1:0 hesablı qələbə qazanıblar. 29-cu dəqiqədə Con Makqinn fərqlənib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью