DÇ 2026: Braziliya və Türkiyə meydana çıxır

13.06.2026

Moderator.az saytına istinadən Icma.az xəbər verir.

Futbol üzrə dünya çempionatının üçüncü günü azarkeşlərə bir-birindən həyəcanlı və maraqlı qarşılaşmalar vəd edir.

"Unikal" xəbər verir ki, qrup mərhələsinin ilk turu çərçivəsində yaşıl meydanlarda daha dörd həlledici oyun baş tutacaq.

Günün ilk dueli B qrupunda mübarizə aparan Qətər və İsveçrə yığmaları arasında qeydə alınacaq. "San-Fransisko bay Area" stadionunda keçiriləcək bu gərgin matçın start fiti Bakı vaxtı ilə saat 23:00-da səslənəcək.

Növbəti qarşılaşmalar isə iyunun 13-dən 14-nə keçən gecə və səhər saatlarında futbolsevərləri ekran başına toplayacaq. Belə ki, C qrupunda təşkil olunacaq Braziliya - Mərakeş oyunu gecə saat 02:00-da, Haiti - Şotlandiya matçı isə 05:00-da başlayacaq.

D qrupunun ilk matçı kimi diqqət çəkən Avstraliya - Türkiyə qarşılaşması isə Bakı vaxtı ilə səhər saat 08:00-da start götürəcək.

Dünya çempionatı

I tur

13 iyun

B qrupu

23:00. Qətər - İsveçrə

14 iyun

C qrupu

02:00. Braziliya - Mərakeş

05:00. Haiti - Şotlandiya

D qrupu

08:00. Avstraliya - Türkiyə

Qeyd edək ki, mundiala iyulun 19-da yekun vurulacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью