DÇ 2026: Bu gün 8 oyun keçiriləcək

09.10.2025

Icma.az, Fanat portalına istinadən məlumatı açıqlayır.

Final mərhələsi 2026-cı ildə keçiriləcək dünya çempionatının Avropa zonası üzrə seçmə oyunlarının payız mərhələsi davam edir.

Fanat.Az xəbər verir ki, bu gün 8 oyun keçiriləcək. 

Bu görüşlər ümumilikdə 4 - G, C, H və L qruplarında baş tutacaq.

Günün mərkəzi oyununda Xorvatiya ilə Çexiya üz-üzə gələcəklər. Şotlandiya isə Yunanıstanı qonaq edəcək. 

Qeyd edək ki, Azərbaycan millisi DÇ-də növbəti seçmə oyununu səfərdə Fransaya qarşı keçirəcək. Qarşılaşmanın start fiti Bakı vaxtı ilə saat 22:45-də səsləndiriləcək.

DÇ-2026
Seçmə mərhələ
9 oktyabr

G qrupu

20:00. Finlandiya ­– Litva
22:45. Malta – Niderland

C qrupu

22:45. Şotlandiya – Yunanıstan
22:45. Belarus – Danimarka

H qrupu

22:45. Avstriya – San Marino
22:45. Kipr – Bosniya və Herseqovina

L qrupu

22:45. Çexiya – Xorvatiya
22:45. Farer adaları – Monteneqro

Abunə Ol

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью