DÇ 2026: Bu gün daha 6 oyun keçiriləcək YENİLƏNİR

22.03.2025

Fanat portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bu gün futbol üzrə 2026-cı il dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsinin növbəti oyunları keçiriləcək.

Fanat.Az xəbər verir ki, ikinci oyun günündə I, J və L qruplarının 6 matçı baş tutacaq.

J qrupunda mübarizə aparan Qazaxıstan seçməsi səfərdə Uelslə üz-üzə gələcək. Bu, qonaqların baş məşqçisi, əslən azərbaycanlı Əli Əliyev üçün debüt oyunu olacaq.

Qeyd edək ki, Azərbaycan milli komandası D qrupunda İslandiya və Ukrayna seçmələri ilə mübarizə aparır. UEFA Millətlər Liqasının 1/4 final mərhələsinin Xorvatiya - Fransa cütünün qalibi də bu qrupda yer alacaq.

DÇ-2026

Seçmə mərhələ

22 mart

I qrupu

18:00 Lixtenşteyn - Şimali Makedoniya

23:45 Uels - Qazaxıstan

J qrupu

21:00 Moldova - Norveç

23:45 İsrail - Estoniya

L qrupu

21:00 Monteneqro - Cəbəllütariq

23:45 Çexiya - Farer Adaları

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью