DÇ 2026: Bu oyun Əliyar Ağayevə tapşırıldı

12.11.2025

Axar.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycanın FİFA referisi Əliyar Ağayev təyinat alıb.

Axar.az xəbər verir ki, 38 yaşlı hakim DÇ-2026-nın seçmə mərhələsində keçiriləcək Xorvatiya - Farer adaları oyununu idarə edəcək.

Ona Zeynal Zeynalov və Akif Əmirəli köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Elçin Məsiyev yerinə yetirəcək.

Portuqaliyalı Tiaqo Martins VAR, onun həmyerlisi Bruno Esteves isə AVAR kimi təyinat alıb.

Qeyd edək ki, qarşılaşma noyabrın 14-də Riyeka şəhərinin eyniadlı stadionunda keçiriləcək.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью