DÇ 2026 da 1/16 finalın 5 cütü məlumdur

27.06.2026

Qol.az saytına istinadən Icma.az xəbər verir.

DÇ-2026-da 1/16 finalın 5 cütü məlumdur

Dünya çempionatının üçüncü turunda Fransa millisi Norveçi 4:1 hesabı ilə məğlub etməklə qrup lideri kimi pley-offa adlayıb. 

QOL.az xəbər verir ki, Didye Deşamın komandası 1/16 finalda qrup üçüncülərindən biri ilə üz-üzə gələcək. 

İ qrupunda ikinci yeri tutan Norveçin isə 1/16 finaldakı rəqibi məlumdur. Skandinaviya təmsilçisi 1/8 final uğrunda Kot d'Divuarla üz-üzə gələcək.  

Bu ana qədər mundialda 1/16 finalın 5 cütü artıq müəyyənləşib:

CAR - Kanada

Braziliya - Yaponiya

Kot d'Divuar - Norveç

Niderland - Mərakeş

ABŞ - Bosniya və Hersoqovina

Bu 10 komandadan başqa, Meksika, İsveçrə, Avstraliya, Almaniya, Ekvador, İsveç, Fransa, Argentina və Kolumbiya da 1/16 finala vəsiqə qazanıblar.

Qeyd edək ki, mundialda 1/16 final mərhələsinin oyunlarına iyunun 28-də start veriləcək. 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью