DÇ 2026 da 32 illik rekord yeniləndi

26.06.2026

Bizim media saytına istinadən Icma.az xəbər verir.

Dünya çempionatları tarixində 32 illik tamaşaçı rekordu yenilənib.
Bizim.Media "Reuters"ə istinadla xəbər verir ki, ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi DÇ-2026-nı stadionlardan izləyən azarkeşlərin sayı 3,6 milyonu keçib.
Bununla da 1994-cü ildə ABŞ-da keçirilən dünya çempionatında qeydə alınan 3 milyon 587 min 538 tamaşaçılıq rekord geridə qalıb.
Qeyd edək ki, ümumilikdə 16 stadionda keçirilən turnir iyulun 19-da final matçı ilə başa çatacaq.
Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью