Qol.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
DÇ-2026-da "86-cı dəqiqə" kabusu
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
DÇ-2026-nın 1/16 finalında 86-cı dəqiqə Afrika təmsilçiləri üçün uğursuzluqla yadda qalıb.
QOL.az xəbər verir ki, "moroccoworldnews" nəşrinin məlumatına görə, Seneqal, Kot-d'İvuar və Konqo Demokratik Respublikası məhz bu dəqiqədə həlledici qolları buraxaraq turnirlə vidalaşıblar. Seneqal 86-cı dəqiqəyədək Belçika üzərində 2:1 hesabı ilə öndə olsa da, sonradan ardıcıl üç qol buraxıb. Kot-d'İvuar 86-cı dəqiqədə Norveçdən (1:2), Konqo DR isə eyni dəqiqədə İngiltərədən (1:2) həlledici qolu buraxıb.
Beləliklə, DÇ-2026-da çıxış edən 5 Afrika millisindən yalnız Mərakeş 1/8 finala yüksələ bilib.