DÇ 2026 da beşinci gün: İspaniya və Belçika meydana çıxır

15.06.2026

Idman.biz saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Futbol üzrə 2026-cı il dünya çempionatında bu gün beşinci oyun gününə start veriləcək.

İdman.Biz xəbər verir ki, gün ərzində G və H qruplarının birinci turu çərçivəsində dörd qarşılaşma baş tutacaq.

İlk olaraq H qrupunda İspaniya və Kabo-Verde milliləri üz-üzə gələcəklər. Atlantada keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Ardınca G qrupunda Belçika və Misir yığmaları münasibətlərinə aydınlıq gətirəcəklər. Sietldə təşkil olunacaq matçın start fiti saat 23:00-da səslənəcək.

Gecənin digər oyunlarında Səudiyyə Ərəbistanı Uruqvayla, İran isə Yeni Zelandiya ilə qarşılaşacaq.

DÇ-2026 - beşinci gün
15 iyun

20:00. İspaniya - Kabo-Verde
23:00. Belçika - Misir

16 iyun
02:00. Səudiyyə Ərəbistanı - Uruqvay
05:00. İran - Yeni Zelandiya

İdman.Biz
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью