DÇ 2026 da bombardir yarışı Mbappe Messini ötdü

01.07.2026

Icma.az, Modern.az portalına istinadən məlumat verir.

Futbol üzrə Dünya Çempionatında 1/16 final mərhələsinin gedişində maraqlı hadisələr yaşanır.
Modern.az xəbər verir ki, Fransa millisinin İsveç üzərindəki 3:0 hesablı qələbə qazandığı oyunda qollardan ikisini Kilian Mbappe vurub.
Nəticədə Fransa millisinin hücumçusu bombardirlər siyahısında liderliyə yüksəlib. 

Belə ki, hazırda onun hesabında 6 qol və 2 ötürmə var.
Argentina millisinin kapitanı Lionel Messi də 6 qol vurub. Amma onun qolla nəticələnmiş  ötürməsi olmadığından 2-ci pillədə qərarlaşıb.
İlk “3-lük”də 5 qolla Norveç yığmasının hücumçusu Erlinq Holann da var.
Xatırladaq ki, Dünya Çempionatın sonunda ən çox qol vuran futbolçu “qızıl buts” mükafatına layiq görüləcək.
DÇ-2026-nın bombardirləri:
1. Kilian Mbappe (Fransa) – 6 qol, 2 ötürmə

2. Lionel Messi (Argentina) – 6 qol

3. Erlinq Holann (Norveç) – 5 qol

4. Usman Dembele (Fransa) – 4 qol, 2 ötürmə

5. Vinisius Junior (Braziliya) – 4 qol, 1 ötürmə

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью