DÇ 2026 da daha bir sensasiya: Almaniya Mərakeşə uduzdu

30.06.2026

Icma.az, Modern.az portalına istinadən məlumat yayır.

Futbol üzrə dünya çempionatında növbəti sensasiya qeydə alınıb.

Modern.az xəbər verir ki, 1/16 finalda Mərakeş millisi ilə qarşılaşan Niderland  məğlub olaraq mundialda mübarizəni dayandırıb.

Görüşün əsas vaxtı 1:1 hesabı ilə başa çatıb.

Əlavə vaxtda hesab dəyişməyib. Qalib penaltilər seriyasında müəyyənləşib. 11 metrlik cərimə zərbələrini daha dəqiq (3:2) yerinə yetirən Mərakeş millisi adını 1/8 finala yazdırıb. Bu komanda növbəti mərhələdə Fransa - İsveç cütünün qalibi ilə qarşılaşacaq.

Qeyd edək ki, daha əvvəl baş tutan oyunlarda Kanada Cənubi Afrika Respublikasına, Braziliya Yaponiyaya, Paraqvay isə Almaniyaya qalib gələrək 1/8 finala adlayıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью