DÇ 2026 da ən çox qol epizodu yaradan müdafiəçi oldu

05.07.2026

Icma.az, Qol.az portalına istinadən məlumat verir.

DÇ-2026-da ən çox qol epizodu yaradan müdafiəçi oldu

Portuqaliya millisinin müdafiəçisi Nunu Mendeş DÇ-2026-da öz mövqeyində çıxış edən futbolçular arasında ən çox təhlükəli qol epizodu yaradan oyunçudur.

QOL.az xəbər verir ki, bu barədə "Squawka" statistika portalı məlumat yayıb. Bildirilir ki, 22 yaşlı futbolçu mundialda indiyədək 4 real qol imkanı yaradıb və bu göstəricidə bütün müdafiəçiləri qabaqlayır.

Qeyd edək ki, Mendeş turnirdə 1 qolla da yadda qalıb. O, qrup mərhələsinin 2-ci turunda Özbəkistana qarşı keçirilən oyunda (5:0) cərimə zərbəsindən fərqlənib.

Xatırladaq ki, Portuqaliya millisi DÇ-2026-nın 1/8 finalında iyulun 6-da İspaniya ilə qarşılaşacaq. ABŞ-ın Arlinqton şəhərindəki "AT&T Stadium"da keçiriləcək görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью