DÇ 2026 da erkən final: Portuqaliya millisi İspaniyaya qarşı

06.07.2026

Icma.az, Azertag saytına istinadən bildirir.

Bakı, 6 iyul, AZƏRTAC

ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi futbol üzrə dünya çempionatında bu gecə 1/8 finalın daha iki oyunu keçiriləcək.

AZƏRTAC xəbər verir ki, ilk olaraq meydana Portuqaliya və İspaniya komandaları çıxacaqlar. Dallas stadionunda baş tutacaq prinsipial görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

İyulun 7-nə keçən gecə isə ABŞ millisi Belçika yığması ilə münasibətlərinə aydınlıq gətirəcək. Sietl stadionunda oynanılacaq qarşılaşma saat 04:00-da start götürəcək.

Qeyd edək ki, Mərakeş, Fransa, İngiltərə və Norveç milli komandaları artıq 1/4 finala vəsiqə qazanıblar.

Mundiala iyulun 19-da yekun vurulacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью