DÇ 2026 da həm tarixə düşəcək, həm karyerasını bitirəcək

11.06.2026

Qol.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

DÇ-2026-da həm tarixə düşəcək, həm karyerasını bitirəcək

Meksika millisinin qapıçısı Qilyermo Oçoa 2026-cı il dünya çempionatından sonra yığma karyerasını başa vuracağını açıqlayıb.

QOL.az xəbər verir ki, təcrübəli qolkiper bu barədə "L'Équipe" nəşrinə müsahibəsində danışıb. O, son illərdə dünya çempionatında oynamaq məqsədilə ailəsindən uzaqda çıxış etdiyini və bunun həm özü, həm də yaxınları üçün çətin olduğunu vurğulayıb.

Qeyd edək ki, Oçoa DÇ-2026-da meydana çıxacağı halda 6 fərqli mundiallda oynayan ölkəsinin ilk ən yaşlı futbolçusu kimi tarixə düşəcək. İyulun 13-ü 41 yaşı tamam olacaq qapıçı Meksika millisinin heyətində indiyədək 153 oyun keçirib və 63 matçda qapısını toxunulmaz saxlayıb.

Xatırladaq ki, Oçoa klub karyerası ilə bağlı hələ yekun qərar verməyib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью