DÇ 2026 da Meksika İngiltərə matçı altı saat gec başlayacaq

04.07.2026

Icma.az, Idman.biz portalına istinadən məlumatı açıqlayır.

2026-cı il dünya çempionatının 1/8 final mərhələsinin Meksika və İngiltərə arasında oyununun başlama vaxtı dəyişdirilib.

İdman.Biz-in “Mirror”a istinadən məlumatına görə, oyun Mexiko şəhərində keçiriləcək və yerli vaxtla saat 12:00-da (Bakı vaxtı ilə saat 22:00) başlayacaq. Məlumata görə, bu dəyişiklik ildırım təhlükəsi ilə bağlıdır.

Oyun əvvəlcə Bakı vaxtı ilə saat 4:00-a planlaşdırılmışdı. Beləliklə, İngiltərə yüksək hündürlük şəraitində - “Azteca” stadionu dəniz səviyyəsindən təxminən 2200 metr yüksəklikdə yerləşir - günorta istisində və dolu stadionda oynayacaq.

Meksika A, İngiltərə isə L qrupunda birinci yeri tutub. Bu matçın qalibi dörddəbir finala yüksələcək. Oyun 6 iyulda keçiriləcək.

İdman.Biz
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью