DÇ 2026 da son 60 ilin ən az qayda pozuntusu müşahidə olunub

04.07.2026

Cebheinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

DÇ-2026-da son 60 ilin ən az qayda pozuntusu qeydə alınıb.

"Report" "Mundo Deportivo"ya istinadən xəbər verir ki, turnirin 66 matçında 1484 fol olub.

Bu, hər oyuna orta hesabla 22,5 qayda pozuntusu deməkdir və 1966-cı ildə İngiltərədə keçirilən dünya çempionatından bəri ən aşağı göstəricidir.

2018-ci ildə Rusiyada baş tutan dünya çempionatında isə hər oyunda orta hesabla 26,9 fol, 2022-ci ildə Qətərdə 24,1 qayda pozuntusu, 1990-cı ildə İtaliyada isə 40 analoji hal qeydə alınıb.

ABŞ, Kanada və Meksikanın ev sahibliyi etdiyi dünya çempionatında 1982-ci ildən bəri hər matça düşən ən aşağı sarı vərəqə göstəricisi də qeydə alınıb və bu, orta hesabla 2,5-ə bərabər olub. Bununla belə, turnirdə 12 qırmızı vərəqə göstərilib ki, bu da 17 meydandan qovulmanın qeydə alındığı DÇ-2010-dan bəri ən yüksək göstəricidir.

Qeyd edək ki, DÇ-2026 iyulun 19-da yekunlaşacaq.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью